Ermənistan ordusunun əsgəri ölüb
14 may 2019 19:47 (UTC +04:00)

Ermənistan ordusunun əsgəri ölüb

Ermənistan ordusunda əsgər ölümü baş verib.  
 
ONA-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz “facebook” səhifəsində yazıb.
 
Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır. 
# 1723
avatar

Oxşar yazılar