[b]ABŞ dövlət katibi Rusiya Prezidenti ilə görüşəcək[/b]
10 may 2019 19:05 (UTC +04:00)

[b]ABŞ dövlət katibi Rusiya Prezidenti ilə görüşəcək[/b]

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
 
ONA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 12-14-də dövlət katibi Pompeo Moskva və Soçiyə səfər edəcək.
 
Mayın 13-də Moskvada Mayk Pompeo Rusiyadakı ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşlər keçirəcək. Dövlət katibi Moskvadakı “Naməlum əsgər” abidəsini də ziyarət edəcək.
 
ABŞ dövlət  katibi mayın 14-də Soçidə xarici işlər nazir Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.
# 1729
avatar

Oxşar yazılar