“Qarabağ”ın futbolçusu və “Qəbələ”nin baş məşqçisi cəzalandırıldı
07 may 2019 13:01 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu və “Qəbələ”nin baş məşqçisi cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
 
ONA-nın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXVII turunda yaşananlara hüquqi qiymət verilib.
 
Kubokun “Qarabağ” – “Qəbələ” matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
 
XXVII turun “Keşlə” – “Zirə” matçında  meydan sahiblərinin oyunçusu Denis Silva sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
 
“Sumqayıt” – “Sabah” meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat ziyana düşüb.
 
“Qarabağ” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
# 819
avatar

Oxşar yazılar