<b>Türkiyə NATO toplantısından imtina etdi - <span style="color:red;">SƏBƏB </b>
03 may 2019 18:33 (UTC +04:00)

Türkiyə NATO toplantısından imtina etdi - SƏBƏB

NATO-nun Avropa Müttəfiq Qüvvətləri Baş Qərargahının Komandanı vəzifəsinə dəyişikliklə əlaqədar (dövr təslim) mərasim keçirilib. 
 
Komandan vəzifəsi general Curtis M.Scaparrottidən general Tod D.Uoltersə keçib. 
 
Mərasimə Avropa İttifaqına üzv dövlətlərilə yanaşı, Cənubi Kiprin hərbi və diplomatik nümayəndələri də dəvət edilib. Elə bu səbəbdən də Türkiyə öz nümayəndələrinin NATO mərasiminə qatılmasına icazə verməyib, rəsmi olaraq imtina etdiyini bildirib.  
 
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bu addım belə şərh edilib:
 
"Belçikanın Mons şəhərində təşkil edilmiş NATO-nun Avropa Müttəfiq Qüvvətləri Baş Qərargahı Komandanlığında dövr təslim mərasiminə NATO nəzdində statusu olmayan Cənubi Kiprin də dəvət edilməsi gözlənilməz oldu, biz bunu qınayırıq". 
 
Türkiyə NATO qurumlarını bütün İttifaq strukturlarının kollektiv qərarlarına və iki təşkilat arasında Konsensus Çərçivəsinə uyğun fəaliyyət göstərməyə çağırıb.
 
Qeyd edək ki, Türkiyənin rəsmi mövqeyi ilə NATO-nun baş katibi Stoltenberq də məlumatlandırılıb.  
 
# 1361
avatar

Oxşar yazılar