[b]Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI[/b]
03 may 2019 14:20 (UTC +04:00)

[b]Bu hərbi qulluqçuların PENSİYASI ARTIRILDI[/b]

Bu gün Milli Məclisin plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.
 
ONA-nın məlumatına görə, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.
 
Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.
 
Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
# 1004
avatar

Oxşar yazılar