[b]"Formula-1": Sonuncu sərbəst yürüş başladı[/b]
27 aprel 2019 14:05 (UTC +04:00)

[b]"Formula-1": Sonuncu sərbəst yürüş başladı[/b]

"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib. 
 
ONA-nın məlumatına görə, sonuncu məşq 1 saat davam edəcək və saat 15:00-da yekunlaşacaq. 
 
Bu yürüşdən 2 saat sonra isə "Formula-1" pilotları sıralama turuna çıxacaqlar.
Qeyd edək ki, ilk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. İkinci məşqdə isə Şarl Lekler birinci, Sebastyan Fettel (hər ikisi "Ferrari") ikinci, Luis Hamilton (“Mercedes”) üçüncü nəticə göstərib.
# 484
avatar

Oxşar yazılar