ARNDF qızıl ehtiyatını 71,75 tona çatdırıb
26 aprel 2019 18:33 (UTC +04:00)

ARNDF qızıl ehtiyatını 71,75 tona çatdırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.
 
ONA-ın ARDNF-ın 2019-cu ilin birinci rübün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 71,75 ton olub.
 
Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-ın investisiya portfelində qızılın ümumihəcmi 50,95 ton olub.
 
Qızıl investisiyaları hazırda Fondun investisiya portfelində çəkisi 7,4%-dir.
# 924
avatar

Oxşar yazılar