Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
26 aprel 2019 11:32 (UTC +04:00)

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyindən məlumat verilib. 

Avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

 

 

 

# 680
avatar

Aygün İbrahimli

Oxşar yazılar