<b>Bu içkilərin satışının məhdudlaşdırılması təklif olunur</b>
25 aprel 2019 11:33 (UTC +04:00)

Bu içkilərin satışının məhdudlaşdırılması təklif olunur

Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin satışı və istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlayıb. Təkliflər arasında enerji içkilərinin reklamının və 18 yaşa qədər olan şəxslərin bu içkilərdən istifadəsinin məhdudlaşdırılması da yer alıb.

Bu barədə Lent.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı təklifləri aidiyyəti qurumlara təqdim edib: “Təklif edilir ki, enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı qeyd edilsin və insan sağlamlığı üçün təhlükəli olduğu bildirilsin. Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər”.

Agentlikdən verilən məlumatda enerji içkiləri qəbul edərkən bir sıra  məqamlara diqqət etməyin öməmi vurğulanıb:

- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.

- Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.

- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi yolverilməzdir.

- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. 

# 578
avatar

Aygün İbrahimli

Oxşar yazılar