Azərbaycanda daha bir uşağı it dişlədi: əməliyyat olunub
24 aprel 2019 22:51 (UTC +04:00)

Azərbaycanda daha bir uşağı it dişlədi: əməliyyat olunub

 
Mingəçevirdə küçə iti uşağa hücum edib. 
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib. 
 
2007-ci il təvəllüdlü massiv sakini Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.
Xüsusilə də ayaq nayihəsindən ciddi dişlək yarası alan uşaq xəstəxanaya qaldırılıb.
 
Ona müvafiq peyvənd vurulub və xəsarətinin bərpası üçün əməliyyat olunub.
# 665
avatar

Oxşar yazılar