[b]"Formula-1" günlərində hava necə olacaq?[/b]
24 aprel 2019 17:53 (UTC +04:00)

[b]"Formula-1" günlərində hava necə olacaq?[/b]

Formula-1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən xəbərə görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.
 
Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.
 
Aprelin 28-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.
# 661
avatar

Oxşar yazılar