[b]Real TV yerüstü yayıma nə vaxt çıxacaq?[/b]
24 aprel 2019 10:43 (UTC +04:00)

[b]Real TV yerüstü yayıma nə vaxt çıxacaq?[/b]

 
“Real TV-nin yerüstü yayıma mayın əvvəllərində başlaması nəzərdə tutulub”.
 
Bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.
 
O bildirib ki, Real TV-nin yerüstü yayıma çıxması ilə bağlı hər hansı texniki problem yoxdur. İ.Məmmədov qeyd edib ki, telekanalın paketlərdəki yeri və regionlarda qoşulacağı stansiyalar müəyyən olunub.
 
Xatırladaq ki, dünən MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) elan etdiyi müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC (Real TV), “TV-Media Azerbaijan” MMC və “RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib. Müvafiq qanunvericiliyi rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11 martdan 11 aprelədək elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
# 644
avatar

Oxşar yazılar