“Tottenhem” çətin qələbə qazanıb, “Sauthempton” üstünlüyünü əldən verib - VİDEO
24 aprel 2019 09:04 (UTC +04:00)

“Tottenhem” çətin qələbə qazanıb, “Sauthempton” üstünlüyünü əldən verib - VİDEO

 
İngiltərə Premyer Liqasında iki təxirə salınmış oyun keçirilib. 
 
ONA-nın məlumatına görə, müxtəlif turlardan qalan bu iki qarşılaşmada üç qol vurulub.
 
“Sauthempton”un “Uotford”la görüşdəki erkən qolu qələbə üçün kifayət etməyib. Meydan sahibləri son dəqiqədə məğlubiyyətdən qaça biliblər.
Mükafatlar uğrunda mübarizə aparan “Tottenhem” isə “Brayton”la qarşılaşmada qələbə qazanıb. Maurisio Poçettinonun yetirmələri hakimin final fitinə 2 dəqiqə qalmış vurulan qolla 3 xal əldə edib.
 
Qeyd edək ki, aprelin 24-də daha iki təxirə salınmış oyun keçiriləcək.
 
İngiltərə Premyer Liqası
23 aprel
XXXIII turdan təxirə salınan oyun
“Tottenhem” – “Brayton” – 1:0
Eriksen, 88
XXXI turdan təxirə salınan oyun
“Uotford” – “Sauthempton” – 1:1
Qari, 90 - Lonq, 1
 
 

# 626
avatar

Oxşar yazılar