<b><span style="color:red;">Fanatlar arasında qarşıdurma : Təbrizdə matçdan sonra 59 nəfər yaralandı</b>
20 aprel 2019 01:07 (UTC +04:00)

Fanatlar arasında qarşıdurma: Təbrizdə matçdan sonra 59 nəfər yaralandı

 
Təbrizin "Traktorsazi" futbol komandasının "Peykan" komandasına uduzmasının ardınca fanatlar arasında qarşıdurma baş verib. 
 
ONA-nın Tehran bürosunun məlumatına görə, olaylar nəticəsində 59 nəfər yaralanıb.
 
Komanda tərəfdarlarını sakitləşdirmək üçün müdaxilə edən təhlükəsizlik qüvvələrinə də hücum olub, bir neçə polis və təcili tibbi yardım əməkdaşları da yaralanıb.
Məlumata görə, azarkeşləri dağıtmaq üçün polis suşırnağından istifadə edib.
 
Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə onlar 3 saata yaxın geyim dəyişmə otağında saxlanılıb.
 
Jurnalistlərin də stadionun  mətbuat bölümündən çıxmasına icazə verilməyib.
 
Məlumata görə, "Traktorsazi" komandasının uduzmasına görə azarkeşlərdən bir neçə nəfərin də infakt keçirdiyi bildirilir.
 
Fanatlardan bir neçə nəfərin saxlanıldığı söylənilir.
# 919
avatar

Oxşar yazılar