<b> Piyadanı vurub qaçan sürücü <span style="color:red;">HƏBS EDİLDİ </b>
18 aprel 2019 12:19 (UTC +04:00)

Piyadanı vurub qaçan sürücü HƏBS EDİLDİ

Bakıda piyadanı vurub qaçan avtomobil müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolun kənarında dayanan qəsəbə sakini R.Əzizov vurulub.
 
Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.
 
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 494
avatar

Səlcuq Elçin

Oxşar yazılar