3 ayda 52 subyektdə qida təhlükəsizliyinə dair normalar pozulub - AQTA
17 aprel 2019 15:41 (UTC +04:00)

3 ayda 52 subyektdə qida təhlükəsizliyinə dair normalar pozulub - AQTA

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4 110  müraciət daxil olub.
 
Agentliyin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən müddət ərzində 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edildiyindən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib: "Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək  göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.
 
Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və fəaliyyətlərini qida təhlükəsizliyinə dair norma və qaydaların tələbərinə uyğunlaşdırmağa çağırır.
# 489
avatar

Oxşar yazılar