Şirvanda su təchizatı yenidən qurulacaq - SƏRƏNCAM
17 aprel 2019 14:52 (UTC +04:00)

Şirvanda su təchizatı yenidən qurulacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 17-də “Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
 
Lent.az bildirir ki, sərəncama əsasən, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
# 558
avatar

Oxşar yazılar