<b>Müğənnimiz bu gün biznesmenlə ailə qurur - <span style="color:red;">TOYDAN FOTOLAR  </b>
12 aprel 2019 19:22 (UTC +04:00)

Müğənnimiz bu gün biznesmenlə ailə qurur - TOYDAN FOTOLAR

Bu gün azərbaycanlı müğənni Leyla Ramazanlının toyudur. 
 
Özəl günündə təəssüratlarını Lent.az-a bölüşən ifaçı bildirib ki, özünü xoşbəxt hiss edir: 
 
“Xoş günümə əksər sənət dostlarımı dəvət eləmişəm. Mənim üçün bundan gözəl gün ola bilməz. Sevdiyim şəxslə ailə qururam. Evləndiyim şəxsi 7 ildir sevirəm. Özü bu sahəyə yad insan deyil. 
 
Özünün şəxsi biznesi var. Mənim də 5 klipimin rejissoru olub. Sənətimə, özümə dəstəkdir. O, məni, mən onu sevirəm. Həyatıma gəldiyi gündən xoşbəxtəm”. 
 
Qeyd edək ki, 1988-ci ildə anadan olan L.Ramazanlı 1985-ci il təvəllüdlü Kamran Aydınovla ailə qurur. 
 
Müğənninin xınayaxdı mərasimi martın 3-də olub. Hazırda paytaxt məkanlarının birində keçirilən toydan fotoları təqdim edirik:
 
# 2282
avatar

Yalçın UĞUR

Oxşar yazılar