[b]Himalayın hündürlüyü yenidən ölçüləcək - Əvvəlki səhv imiş?[/b]
12 aprel 2019 14:08 (UTC +04:00)

[b]Himalayın hündürlüyü yenidən ölçüləcək - Əvvəlki səhv imiş?[/b]

Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib.
 
Komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.
 
Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir.
 
Alpinistlər aprelin 10-da yola düşüblər.
 
Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolunqma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir.
 
(Trend)
# 842
avatar

Oxşar yazılar