Rakkada partlayış - 13 nəfər öldü
09 aprel 2019 21:37 (UTC +04:00)

Rakkada partlayış - 13 nəfər öldü

 
“İslam Dövləti” terrorçu qruplaşmasının üzvləri Suriyanın Rakka şəhərində minalanmış avtomobili partladıblar. 
 
ONA RİA Novosti-yə istinadən xəbər verir ki, terakt nəticəsində 13 nəfər ölüb, bir neçə insan yaralanıb.
 
Ölənlər arasında 4 kürd döyüşçüsü var, qalanları dinc sakinlərdir.
Partlayış şəhərin Nur küçəsində “Suriya demokratik qüvvələrinin” blokpostu yaxınlığında törədilib. Ətrafdakı binalara ciddi ziyan dəyib.  
# 621
avatar

Oxşar yazılar