<span style="color:red;">"Montaj deyildi"  - "Space" TV-dəki qalmaqalla bağlı açıqlama
07 aprel 2019 15:17 (UTC +04:00)

"Montaj deyildi" - "Space" TV-dəki qalmaqalla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.
 
Buna səbəb kimi əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun "Hər səhər" proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub. 
 
Rüfət Axundov sosial şəbəkədə video görüntü yayaraq bunun montaj olduğunu iddia etdi. 
 
Lent.az bildirir ki, radio aparıcısı Tural Yusifov isə sosial şəbəkədə paylaşım edərək, məsələyə münasibət bildirib:
 
"Space" TV-nin efirində söyüş olub. Montaj filan deyildi. 10 illik səs təcrübəm montajı orijinaldan ayırmağa imkan verir. MTRŞ işi məhkəməyə göndərib və çox güman ki, cərimə kəsiləcək. 5000 manatdan 8000 manata kimi. Məni isə iki sual maraqlandırır:
 
1. İki müğənni söyüşlə mahnı oxuyur və aparıcı "hırıldayır". Aparıcı nəyə gülür? Söyüşə gülən balaca uşaq kimi, niyə dişini ağardır?
 
2. Biz bu verilişlərə, aparıcılara, müğənnilərə layiq olmaq üçün, hansı günahın sahibi olmuşuq?".
# 1774
avatar

Oxşar yazılar