<b>Tolik "Azərbaycan gözəli"ndən danışdı: <span style="color:red;">"İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə..."</b>
04 aprel 2019 13:25 (UTC +04:00)

Tolik "Azərbaycan gözəli"ndən danışdı: "İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə..."

Prodüser Tolik ( Tarix Əliyev ) “Azərbaycan gözəli – 2019” seçilən Melissa Nuriyeva barədə danışıb. Lent.az-ın məlumatına görə, prodüser sosial şəbəkədəki səhifəsində M.Nuriyevanın şəklini paylaşaraq, bu sözləri qeyd edib: “Mən bu qızı tanımıram. Və həyatı barədə də nəsə bilmirəm. Amma mənə maraqlıdır ki, bu qız özü nə düşünür? Azərbaycan gözəli adına layiqdirmi?  Rayonlarda elə qızlarımız var ki, silikon nədir, makiyaj nədir bilmirlər, amma bundan 10000 dəfə gözəldirlər. Bu yarışmaları keçirənlərin çoxunu İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağırılmalıdır ki, görək hansı qaydalara uyğun seçirlər. Ya da hansı daydayın, ya da sponsorun sifarişi ilə seçirlər”.

# 902
avatar

Yalçın UĞUR

Oxşar yazılar