<b>Messi Ronaldonun rekorduna şərik oldu -<span style="color:red;"> VİDEO </b>
03 aprel 2019 11:13 (UTC +04:00)

Messi Ronaldonun rekorduna şərik oldu - VİDEO

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi La Liqada 414-cü qolunu vurub.
 
ONA-nın məlumatına görə, cənubi amerikalı hücumçu XXX turun “Vilyarreal”la səfər qarşılaşmasında (4:4) fərqlənib.
 
Cərimə zərbəsini dəqiq yerinə yetirən L.Messi bu qolla “Böyük beşlik” çempionatlarında ən çox qol vuran futbolçu adına şərik olub. O, bu yarışlarda 414 dəfə fərqlənən Kriştianu Ronaldoya çatıb.
 
Argentinalı bütün qollarını İspaniyada vurubsa, portuqaliyalı üç çempionatda buna nail olub. K.Ronaldo “Mançester Yunayted”lə İngiltərədə 84, “Real”la İspaniyada 311, “Yuventus”la İtaliyada 19 qol vurub.
 
Qeyd edək ki, L.Messi standart vəziyyətlərdən vurulan qollarda La Liqanın rekorduna imza atıb. 52 dəfə penaltidən 29 dəfə cərimə zərbəsindən fərqlənin argentinalı 81 belə qol vurub. K.Ronaldo 61-i penalti, 19-u cərimə zərbəsindən olmaqla 80 dəfə qol sevinci yaşayıb.
 
 
# 650
avatar

Oxşar yazılar