[b]Mobil telefonlar havanın keyfiyyətini də ölçə biləcək[/b]
01 aprel 2019 20:48 (UTC +04:00)

[b]Mobil telefonlar havanın keyfiyyətini də ölçə biləcək[/b]

Mobil telefonlar vasitəsilə havanın keyfiyyətinə nəzarət ediləcək.
 
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mobil cihaz havadakı zəhərli maddələrin mövcudluğu barədə siqnal ötürəcək.
 
Estoniyanın Tartu Universitetinin mütəxəssisləri sözügedən texnologiya üzərində test aparıb. 
 
Mütəxəssislər bu yaxınlarda Barselonada keçirilmiş sərgidə havada zəhərli maddələri müəyyənləşdirən xüsusi göstəricini əldə ediblər.
 
Bu ideya bir çox smartfon istehsalçılarının diqqətini çəkib.
 
universitetin böyük elmi işçisi Rayvo Yaanison ETV+ telekanalına deyib ki, əldə edilən nəticəyə kifayət qədər maraq göstərilib.
 
Qeyd edək ki, sözügedən qurğunun 2 il sonra hazır olacağı bildirilib.
# 839
avatar

Oxşar yazılar