Slovakiyada prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilir
30 mart 2019 11:02 (UTC +04:00)

Slovakiyada prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilir

Slovakiyada prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilir. 
 
ONA "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Seçki Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, əhalisinin 5,5 milyon nəfər təşkil etdiyi ölkədə 4,45 milyon seçici səsvermədə iştirak etmək hüququ var.
 
Qeyd edək ki, Slovakiyada prezident seçkilərinin birinci turu martın 16-ı keçirilib. İkinci turda iştirak hüququnu Pezinok şəhərindən vəkil Zuzana Çaputova və Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç qazanıb. Ölkənin fəaliyyətdə olan prezidenti Andrey Kiskanın səlahiyyət müddəti iyunun 14-ü başa çatır.
# 525
avatar

Oxşar yazılar