[b]Zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olundu - RƏSMİ[/b]
29 mart 2019 17:22 (UTC +04:00)

[b]Zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olundu - RƏSMİ[/b]

Yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin edilib.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
 
O qeyd edib ki, Bakının Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 mart tarixli Sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin olunub.
# 1058
avatar

Oxşar yazılar