Dağıstanda kütləvi zəhərlənmə: cinayət işi qaldırıldı
24 mart 2019 21:01 (UTC +04:00)

Dağıstanda kütləvi zəhərlənmə: cinayət işi qaldırıldı

 
Dağıstan DİN-i Xasavyurtda kütləvi zəhərlənməyə dair cinayət işi açıb. 
 
ONA-nın “RİA Novosti”-yə istinadən yaydığı xəbərinə görə, şəhər xəstəxanalarının infeksion bölmələri zəhərlənənlərlə doludur. 
 
Qeyd edək ki, 17-23 mart tarixlərində 80 nəfərdən artıq insan zəhərlənərək xəstəxanalara gətirilib, onlardan 72-si uşaqdır. 
 
Yerli Səhiyyə nazirliyi xəstələrin sayının 104-ə çatdığını bildirib. 
 
Dağıstan DİN-i hadisənin səbəbini öyrənmək məqsədi ilə istintaq aparır.
# 718
avatar

Oxşar yazılar