Bu soyuq havada dənizə düşdü
24 mart 2019 18:45 (UTC +04:00)

Bu soyuq havada dənizə düşdü

Bakıda bir nəfər dənizə düşüb.

 

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

# 816
avatar

Oxşar yazılar