Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək - Tarix bəlli oldu
24 mart 2019 10:38 (UTC +04:00)

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək - Tarix bəlli oldu

 
Aprelin 4-də Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
 
ONA-nın Aİ Şurasına istinadən verdiyi məlumata görə, iclas Brüsseldə baş tutacaq. 
 
Əməkdaşlıq Şurasının 16-cı iclasında əməkdaşlığın bütün aspektləri müzakirə olunacaq.
 
İclasa  xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrlik edəcəyi gözlənilir.
 
Qeyd edək ki, 15-ci iclas ötən il fevralın 19-da keçirilib.
# 764
avatar

Oxşar yazılar