“Top Model Azerbaijan 2019”-dan maraqlı görüntülər - FOTOLENT

"1033 Baku Event Hall"da “Top Model Azerbaijan 2019” layihəsi baş tutub.
 
Təşkilatçılardan verilən məlumata görə, tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, eyni zamanda xarici brendlər “Top Model Azerbaijan” layihəsinin modelləri və eyni zamanda ölkənin tanınmış əsas modellərini də podyumda görmək mümkün olub.
 
Tədbirdə münsif qismində iştrak edən Rüstəm Cəbrailov, İlqar Aliyev, Elxan Hüseyn və Pərviz Əliyev kimi tanınmış modellər də podyumda yer alıblar. "Top Model Azerbaijan 2019" layihəsinin digər münsifləri “Best Model Of Azerbaijan 2018” layihəsinin beynəlxalq direktoru Aqil Məmiyev, "By Zadə" şirkətinin təsisçisi, kreativ direktoru Nicat Hüseynzadə, beynəlxalq təşkilatçı Parviz Əzimzadə və bir çox modelyerlər, stlistlər və iş adamları iştrak ediblər. Münsif kürsüsündə əyləşən dizayner İbo layihənin xanım qalibi üçün ağ və bəy qalibi üçün qara svarovski daşlardan hazırladığı tacları tədbir zaman tamaşacılara nümayiş etdirib. Tacların möhtəşəm dizaynı və yüksək kefiyyəti hər kəsin diqqətini cəlb etməyi bacarıb. modelləri tərəfindən podyumda möhtəşəm təqdimat baş tutub.
 
“Top Model Azerbaijan” layihəsinin təsisçisi və direktoru, teleaparıcı Novruz İsmayil layihə və final tədbiri haqqında ətrafflı məlumat verib:
 
"Bir çox insanlar gözəllik yarışması ilə əsl model layihəsini səhv salırlar. Xatırladım ki, bu əsl model layihəsidir, hansıki ilk gündən dünya standartlarına uyğun şəkildə model seçimləri aparmaq və model standartlarına uyğun yeni üzlər kəşf etmək, onları yerli və xarici podyumlara hazırlamaq əsas məqsəddir. Əlbəttə bu, asan məsələ deyil, 150-ə yaxın xanımla, 200-dən çox bəylə layihə kastinqi çərcivəsində invidual görüşlərimiz oldu və 12 xanım, 12 bəy iştrakçı ilə yola davam etdik. Bu gün ölkədə hər kəsin haqqında müsbət danışdığı bu layihənin təşkilaçısı olmağıma çox şadam. Layihənin final günü şəfaf səsvermə nəticəsində, münsif heyətinin və zaldakı tamaşaçıların səs verməsi hesablanaraq xanımlardan birinci yerə Nigar Məmmədzadə, bəylərdən isə birinci yerə Murad Sultan çıxaraq “Top Model Azerbaijan 2019” adına layiq görüldülər. Səsvermənin nəticəsindən nəyinki münsiflər və tamaşacılar, hətta digər iştrakçılar belə razılıq bildirdilər. Tədbir günü qaliblərə müxtəlif qiymətli hədiyyələr və tac təqdim olundu. Layihənin sertifikatları və lentləri bir həftə sonra layihənin bağlanış partisində təqdim olunacaq. Xatırladım ki, “Top Model Azerbaijan 2019” layihəsinin baş xoreoqrafı Sirac Bəyaliev, müştəri direktoru Nərminə Zeynalzadə, kordinatoru Lalə Hüseynli, layihənin musiqi direktoru və dijeyi Çingiz Mustafayevdir (Dj China).
 
(Trend)

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>