[b]Bakının iki rayonunda yanğın hadisəsi baş verdi[/b]
23 mart 2019 19:48 (UTC +04:00)

[b]Bakının iki rayonunda yanğın hadisəsi baş verdi[/b]

Bakı şəhərinin Xətai və Nəsimi rayonlarında yanğın hadisələri qeydə alınıb.
 
ONA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində tavan 2 m² sahədə, 1 ədəd məişət avadanlığı və dam örtüyü 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Bundan başqa, şəhərin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində 8 ədəd elektrik açarı və ümumi sahəsi 40 m² olan 3 otaqlı mənzilin taxtadan ibarət giriş qapısı qismən yanıb. Mənzil yanğından mühafizə olunub.
 
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
# 721
avatar

Oxşar yazılar