<b>Ermənistanda əsgərlər qiyam etdi - <span style="color:red;">Bir neçə zabit istefaya göndərildi </b>
23 mart 2019 17:02 (UTC +04:00)

Ermənistanda əsgərlər qiyam etdi - Bir neçə zabit istefaya göndərildi

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.
 
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.
 
A.Ovannisyan qeyd edib: "Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar".
 
O əlavə edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.
 
Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.
(Trend)
# 1544
avatar

Oxşar yazılar