İstanbul derbilərinin vaxtı açıqlandı
21 mart 2019 14:30 (UTC +04:00)

İstanbul derbilərinin vaxtı açıqlandı

 
Türkiyə Super Liqasının qarşıdakı beş turunun oyunlarının vaxtı açıqlanıb. ONA-nın məlumatına görə, XXVII-XXXI turlar çərçivəsində böyük maraq kəsb edən derbilərin vaxtı da müəyyənləşib.
 
XXVIII tur çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçı aprelin 14-də keçiriləcək. İstanbul derbisi yerli vaxtla saat 19:00-da başlayacaq. 
 
XXXI turda isə “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. İstanbulda baş tutacaq bu derbi mayın 5-də oynanılacaq. Görüş yerli vaxtla saat 19:00-da start götürəcək.
 
Qeyd edək ki, Super Liqanın hazırkı turnir cədvəlində “Qalatasaray” 2-ci, “Beşiktaş” 3-cü, “Fənərbaxça” 13-cü pillədədir.
# 782
avatar

Oxşar yazılar