[b]Külək binanın fasadını uçurub avtomobilin üstünə tökdü - Bakıda[/b]
18 mart 2019 18:11 (UTC +04:00)

[b]Külək binanın fasadını uçurub avtomobilin üstünə tökdü - Bakıda[/b]

Bakıda çoxmərtəbəli yaşayış binasının fasadı uçub.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Güclü külək çoxmərtəbəli yaşayış binasının fasadını uçurub.
 
Dağıntılar binanın həyətində olan “Mitsubishi” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
# 630
avatar

Oxşar yazılar