<b>Şənbə gününün hava <span style="color:red;"> PROQNOZU </b>
15 mart 2019 13:29 (UTC +04:00)

Şənbə gününün hava PROQNOZU

Sanə günü ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15,  Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Rayonlarda da sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

# 613
avatar

Aygün İbrahimli

Oxşar yazılar