Maurinyo  "Real"a qayıtmaq arzusunda olmayıb
14 mart 2019 18:54 (UTC +04:00)

Maurinyo "Real"a qayıtmaq arzusunda olmayıb

"Mançester Yunayted"in sabiq çalışdırıcısı Joze Mourinyo Zinəddin Zidanın "Real"ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib.
 
Lent.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, o bildirb ki, "Real"ın yeni baş məşqçisi olmadığı üçün məyus deyil: "Mən heç vaxt "Real"a qayıtmağı arzulamamışam.  Zidanın "Real"ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram".
 
Qeyd edək ki, "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.
# 705
avatar

Oxşar yazılar