Bu küçələr yenidən qurulur
14 mart 2019 12:59 (UTC +04:00)

Bu küçələr yenidən qurulur

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma işlərinə start verilib. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Verilən məlumatda bildirilib ki, sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

 

Bu küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Agentlik tərəfindən ümumi uzunluğu 5.2 km, eni isə ortalama 16 metr olan Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma və bərpa işləri tərtib olunub qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.

 

Aparılan işlər çərçivəsində hazırda köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır, əks-dolğu işləri görülür və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

 

Texnoloji ardıcıllığa uyğun olaraq hazırda küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri ümumilikdə 80 min kv.m-dən artıq sahəni əhatə edəcək.

 

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdiriləcək, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzüləcək.

 

Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

# 653
avatar

Aygün İbrahimli

Oxşar yazılar