<b>Zakir Həsənov qoşunlara tapşırıqlar verdi - <span style="color:red;">FOTOLENT </b>
13 mart 2019 21:22 (UTC +04:00)

Zakir Həsənov qoşunlara tapşırıqlar verdi - FOTOLENT

Müdafiə naziri ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.
Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov  qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib
# 851
avatar

Oxşar yazılar