Təhsil Nazirliyinin struktur bölmələrinin əsasnamələri təsdiq olundu
13 mart 2019 18:07 (UTC +04:00)

Təhsil Nazirliyinin struktur bölmələrinin əsasnamələri təsdiq olundu

Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

Verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir.

İclasda “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, “Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Təhsil naziri kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

İclasın sonunda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin Əsasnamələri təsdiq olunub.

# 955
avatar

Aygün İbrahimli

Oxşar yazılar