<b>Maşını cərimə meydançasına aparıldığından özünü körpüdən atmaq istədi</b>
13 mart 2019 12:50 (UTC +04:00)

Maşını cərimə meydançasına aparıldığından özünü körpüdən atmaq istədi

Bakıda intihara cəhd olub.
 
ONA-nın məlumatına görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb. “Binə” körpüsünə çıxan 35-40 yaşlarında kişi özünü atmaq istəyib. Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib.
 
İntihara cəhdin qarşısı alınıb.
 
İlkin məlumata görə, vətəndaş avtomobilinin cərimə meydançasına aparılmasına etiraz olaraq bu addımı atıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 437
avatar

Oxşar yazılar