<b>Füzulidə iki maşın toqquşdu:<span style="color:red;"> ölən və yaralanan var </b>
12 mart 2019 13:53 (UTC +04:00)

Füzulidə iki maşın toqquşdu: ölən və yaralanan var

Füzulidə ölümlə nəticələn ağır qəza baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 11-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.
 
Nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, “Ford Transit” markalı avtomobildəki 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
 
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.
 
# 474
avatar

Səlcuq Elçin

Oxşar yazılar