[b]Uşaqlara siqaret satanlara CƏRİMƏ[/b]
12 mart 2019 12:59 (UTC +04:00)

[b]Uşaqlara siqaret satanlara CƏRİMƏ[/b]

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
 
DİN Mətbuat Xidmətindən Lent.az-averilən məlumata görə, martın 11-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
 
Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
 
​Bu istiqamətdə reydlər davam etdirilir.
# 493
avatar

Səlcuq Elçin

Oxşar yazılar