<b>Pirallahı sakinindən odlu silah götürüldü</b>
12 mart 2019 11:55 (UTC +04:00)

Pirallahı sakinindən odlu silah götürüldü

Pirallahı sakindən odlu silah götürülüb. Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
 
Verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.
Ondan “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.
 
Araşdırma aparılır.
# 613
avatar

Səlcuq Elçin

Oxşar yazılar