<b>Bacısını bıçaqlayan qardaşa<span style="color:red;"> HÖKM OXUNDU </b>
11 mart 2019 12:25 (UTC +04:00)

Bacısını bıçaqlayan qardaşa HÖKM OXUNDU

Bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi  başa çatıb. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Hakimlər kollegiyasının hökmünə əsasən N.Məmmədov  2 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, hadisə ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə (ad şərtidir) qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.
 
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
İstintaq orqanı tərəfindən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
# 487
avatar

Səlcuq Elçin

Oxşar yazılar