[b]PKK-ya qarşı XÜSUSİ ƏMƏLİYYAT[/b]
10 mart 2019 22:05 (UTC +04:00)

[b]PKK-ya qarşı XÜSUSİ ƏMƏLİYYAT[/b]

 
Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.
 
ONA-nın AZƏRTAC-a istinadən yaydığı xəbərə görə, bu haqda  Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb. 
 
Dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.
 
Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub.
 
Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.
# 838
avatar

Oxşar yazılar