[b]Könül Xasıyeva Bakıdan köçür[/b]
09 mart 2019 22:47 (UTC +04:00)

[b]Könül Xasıyeva Bakıdan köçür[/b]

Xalq artisti Könül Xasıyeva Şəkiyə köçür. 
 
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, xanəndə bu haqda "5/5" verilişində deyib. O bildirib ki, martın 17-də Heydər Əliyev Sarayında verəcəyi konsertdən sonra Bakıdan köçəcək:
 
"Yarım əsr yaşadım, daha bəsdir. Yaxşı və gözəl yaşadım. Konsertdən sonra köçəcəm rayona. Daha dağlar qoynunda yaşayacam. Hökümətimiz atamın rayondakı evini təmir edib, hər şəraiti var, rahatdı. Kazımla (oğlu - red.) birlikdə gedəcəm anamın yanına. Onu tək qoymayacam".
 
Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl atasını itirib.
# 932
avatar

Oxşar yazılar