Azərbaycanda son illərdə hansı oğlan adları populyarlaşıb?
09 mart 2019 10:40 (UTC +04:00)

Azərbaycanda son illərdə hansı oğlan adları populyarlaşıb?

Uzun illərdir ki, Azərbaycanda oğlanlara qoyulan adlar arasında Yusif, Əli, Hüseyn, Ömər və Məhəmməd adları ilk beşlikdə yer alsa da, populyar adlar siyahısına yeni adlar da daxil olur.

Lent.az Ədliyyə Nazirliyinə istinadən xəbər veirir ki, son illərdə ölkədə bir sıra adlar var ki, daha çox populyarlaşıb.

Ötən il ölkədə doğulan 2505 oğlana Yusif, 2129-na Əli, 1929-na Hüseyn, 1569-na Ömər, 1381-nə isə Məhəmməd adı verilib.

Ötən illə müqayisədə 2017-ci ildə  oğlan uşaqlarına Yusif (2936), Əli (2186), Hüseyn (2010), Ömər (1628), Məhəmməd (1479) adları daha çox verilib.

Son illərdə doğulan oğlan uşaqlarına Uğur, Murad, Ayxan, Tunar, Aqşin, Onur, Fateh, Umid, Adəm, Fatih, Sinan, Volkan kimi adların verilməsi daha geniş yayılıb.

 

# 1498
avatar

Aygün İbrahimli

Oxşar yazılar