[b]Daha 492 vərəsə birdəfəlik ödəmə alacaq - RƏSMİ[/b]
05 mart 2019 10:49 (UTC +04:00)

[b]Daha 492 vərəsə birdəfəlik ödəmə alacaq - RƏSMİ[/b]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
 
Verilən məlumata görə, onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi  üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin  bank hesablarına köçürülməsi təmin olunacaq. Vəsait köçürüldükdən sonra  bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
 
"Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhid üzrə 5474 vərəsəyə ödəniş edilib", - deyə ƏƏSMN-nin məlumarında vurğulanır.
# 326
avatar

Oxşar yazılar