Bakıda supermarketdə kökədən şüşə çıxdı - RƏSMİ MÜNASİBƏT
28 fevral 2019 17:35 (UTC +04:00)

Bakıda supermarketdə kökədən şüşə çıxdı - RƏSMİ MÜNASİBƏT

Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.
 
Lent.az-ın məlumatına görə, agentlikdən Trend-ə bildirilib ki, qeyd olunan qida məhsulu “Bon Appetit 1998 bakery” MMC-yə məxsus istehsalat sexində hazırlanıb.
 
Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:
 
“Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb”.
# 625
avatar

Oxşar yazılar