[b]Martın 21-i sat 01:58-də Azərbaycana YAZ GƏLƏCƏK[/b]
25 fevral 2019 13:41 (UTC +04:00)

[b]Martın 21-i sat 01:58-də Azərbaycana YAZ GƏLƏCƏK[/b]

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)  Lent.az-a bildirilib ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

# 308
avatar

Aygün İbrahimli

Oxşar yazılar